Sentyabrın 4-də informatika və texnologiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.
Təhsil Nazirliyindən xezerxeber.az-a verilən xəbərə görə, imtahanlarda 2383 namizədin iştirakı nəzərdə tutulub.
Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.