Xəzər Xəbər

Dilqəm Əsgərovun xanımının pensiya ödənişi davam edir - AÇIQLAMA

Cəmiyyət | 12:14 • 1 Sentyabr 2020
Dilqəm Əsgərovun xanımının pensiya ödənişi davam edir -

Erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyi və ona pensiya ödənişi dayandırılmayıb.


Xezerxeber.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.


O bildirib ki, F.Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilib: "Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. F. Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir. Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkarlandıqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır".

Xəbər lenti

Çox oxunanlar