Xəzər Xəbər

Bakıda ağacları məhv edən müəssisə rəhbərliyi 15 min manat cərimə edildi

Cəmiyyət | 11:28 • 1 Sentyabr 2020
Bakıda ağacları məhv edən müəssisə rəhbərliyi 15 min manat cərimə edildi

Xətai rayonu Nobel prospekti 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.


Xezerxeber.az-ın məlumatına görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, sözügedən ünvanda "Real-Park” MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14880 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.


"Faktla bağlı MMC barəsində akt tərtib edilib.


Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Xəbər lenti