Xəzər Xəbər

Bakıda valideynlərinə qarşı kobudluq edən polis əməkdaşı işdən çıxarılıb

Cəmiyyət | 10:44 • 1 Sentyabr 2020
Bakıda valideynlərinə qarşı kobudluq edən polis əməkdaşı işdən çıxarılıb

Bakıda valideynlərinə qarşı kobud davranış göstərən polis əməkdaşı işdən çıxarılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Xəbər lenti