Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir. Görülən əks epidemik tədbirlərin səmərəliliyi nəticəsində, pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb.
TƏBİB-dən xezerxeber.az-a verilən məlumata görə, bu səbəbdən, TƏBİB bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib.
Qərara əsasən, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək.