2020-ci ilin iyul ayına olan məlumata görə, Gürcüstanda 104 Azərbaycan vətəndaşı həbsdə saxlanılır.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, bu göstərici əvvəlki ayla müqayisədə 1 nəfər çoxdur. Həbs edilən Azərbaycan vətəndaşlarından 85-i kişi, 9-u qadındır.
Barələrində məhkəmə hökmü olmayan 10 Azərbaycan vətəndaşından isə 6-sı kişi, 4-ü qadındır.
Bundan başqa qonşu ölkədə 29 Azərbaycan vətəndaşı probasiya nəzarətində saxlanılır ki, onlardan 28-i kişi, 1-i qadındır. (APA)