Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma Bakıda qeydə alınıb – 56,2%.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Abşeronda yoluxma 15,8 %, Aranda 10,2 %, Gəncə-Qazaxda 6,4%, Lənkənarda 4,3 %, Quba-Xaçmazda 1,9 %, Şəki-Zaqatalada 1,7%, Dağlıq Şirvanda 1,6 %, Yuxarı Qarabağda 1,0 %, Naxçıvanda isə 0,04 % təşkil edir.
Yoluxanların 0,8 %-i ölkə xaricindən gələnlərdir.
Bakı üzrə koronavirusa yoluxma yenə də ən çox Binəqədidə qeydə alınıb.
Binəqədidə virusa yoluxma 14,3 % olub. Xətai rayonunda virusa yoluxma 12,2 %, Yasamalda 11,8 %, Sabunçuda 11,8 %, Nəsimidə 9,1 %, Nərimanovda 8,5 %, Suraxanıda 8,0 %, Qaradağda 7,4 %, Nizamidə 7,1 %, Xəzərdə 5,0 %, Səbaildə 4,6 % təşkil edib.