Xəzər Xəbər

Nərimanov rayonunda mərasim keçirilməsinin qarşısı alınıb - FOTO

Cəmiyyət | 21:54 • 30 Avqust 2020
Nərimanov rayonunda mərasim keçirilməsinin qarşısı alınıb -

Avqustun 30-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxsin "Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, onlar ərazidə xidmət aparan Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb.


Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.

Xəbər lenti

Çox oxunanlar