Xəzər Xəbər

Dövlət İmtahan Mərkəzi “Özünü-yoxla – COVID-19” çatbotu hazırlayıb

Cəmiyyət | 10:51 • 21 İyul 2020
Dövlət İmtahan Mərkəzi “Özünü-yoxla – COVID-19” çatbotu hazırlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək məqsədilə "Viber”, "Facebook Messenger”, "Telegram” sosial şəbəkə istifadəçiləri üçün çatbot (süni söhbət simulyasiyası) hazırlanıb.

DİM-dən xezerxeber.az-a bildirilib ki, çatbotun demo – sınaq versiyası istifadəçilərin ixtiyarına verilib.

Çatbot Mərkəzin informasiya texnologiyaları mütəxəssisləri tərəfindən hazırlanıb və təmənnasız olaraq Səhiyyə Nazirliyinə də təqdim olunub.

İstifadəçilər proqramın daha da təkmilləşdirilməsi üçün irad və təkliflərinipress@dim.gov.azelektron poçt ünvanına yollaya bilərlər. Çatbotun (@medazbot) hazırlanmasında məqsəd əhalinin COVID-19 infeksiyası haqqında maarifləndirilməsinə dəstək olmaq, müvafiq tibbi yardım üçün müraciət etmək barədə qərar verməkdə vətəndaşlara yardım etmək, həmçinin sorğuda iştirak edən şəxslərin qeydlərinə əsasən əldə olunan məlumatların "informasiya bazası” rolunu oynamaqla gələcəkdə atıla biləcək addımların müəyyən edilməsinə kömək göstərməkdir.

Smart tipli mobil telefon istifadəçiləri qeyd olunan onlayn mesajlaşma proqramlarında çatbot vasitəsilə məlumatları sual-cavab şəklində əldə edirlər. Çatbota keçid üçün mobil telefonunuzda müvafiq proqramların axtarış bölməsində "@medaz” yazmaqla axtarış edə və ya aşağıdakı linklərdən istifadə etmək olar.

Viber: 

viber://pa/info?uri=medazbot

Telegram:

https://t.me/MedazBot

"Facebook Messenger”də isə axtarış bölməsində "@medaz” yazmaq lazımdır.

Xəbər lenti