Xəzər Xəbər

Magistraturaya qəbul olunan bakalavrların nəzərinə

Cəmiyyət | 13:12 • 11 İyul 2020
Magistraturaya qəbul olunan bakalavrların nəzərinə

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunan bakalavrların qeydiyyatı davam edir.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, iyulun 15-dək sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək.


Qeydiyyat üçün tələb olunan sənədlər:


- Diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiq olunmuş surəti;


- Cari ildə məzun olan tələbələrin bitirdikləri universitetdən bu barədə arayışı;


- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;


- 3x4 sm ölçüdə 4 ədəd şəkil;


- Tərcümeyi-hal;


- Sağlamlıq haqqında tibbi arayış;


- Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;


- Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı.


Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069-u dövlət sifarişi, 5255-i isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur.

Xəbər lenti

Çox oxunanlar