"ASAN xidmət” 14 iyun - Ümumdünya Qan Donoru Günü münasibəti ilə vətəndaşlara sosial çağırış edib.
Xezerxeber.az-ın məlumatına görə, "ASAN Xidmət"in sosial şəbəkə hesablarında talassemiyalı uşaqlara dəstək məqsədi ilə fotolar paylaşılıb. Paylaşımda onlar üçün hər kəsin qan verməyə hazır olduğu sosial çağırışı əks olunub.
Azərbaycanda 1500-dən çox talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır: "Könüllü qan donoru olmaq istəyən şəxslər Bakı şəhərində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankına, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrinə müraciət edə bilərlər"