Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şirvan şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, araşdırma zamanı şəhərin Heydər Əliyev prospektində üç müxtəlifcinsli ağacın Sabirabad rayon sakini Nəzir Mənsimov tərəfindən kəsildiyi və təbiətə 1120 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı N.Mənsimov barəsində akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şirvan Şəhər Prokurorluğuna göndərilib.