Xəzər Xəbər

Dietoloqlar arıqlamaq istəyənlərə yumurta yeməyi məsləhət gördülər

Cəmiyyət | 11:29 • 25 Aprel 2020
Dietoloqlar arıqlamaq istəyənlərə yumurta yeməyi məsləhət gördülər

Arıqlamaq istəyənlər üçün yumurtanınfaydası göz qabağındadır. Bu barədə "WomanEL” nəşri dietoloqlara istinadən yazır.

Ekspertlərin sözlərinə əsasən, yumurtanın sarısındakı D vitamini qarındakı piyi əritməyə kömək edir, xolin isəmaddələr mübadiləsinin işini, eləcə dəsinir sisteminin fəaliyyətini və beyinin inkişafını dəstəkləyir.

Bundan savayı, bir yumurtada zülalın həzm edilib, enerjiyə çevrilməsi ilə yanaşı, demək olar ki, bütün hüceyrələri qidalandıran doqquz amin turşusunun hamısı var. Eyni zamanda, yumurtada cəmi 74 kalori olsa da, o, orqanizmi uzun müddətə doydurur.

Mütəxəssislərbütün bunlara baxmayaraq, bu məhsulu qədərində yeməyi məsləhət görürlər. Belə ki, yumurtadan aşırı istifadə qəbizliyə gətirib çıxara bilər.

Xəbər lenti

Çox oxunanlar