Xəzər Xəbər

Xüsusi karantin rejimini pozan 20 balıqçı cərimələnib

Cəmiyyət | 09:49 • 25 Aprel 2020
Xüsusi karantin rejimini pozan 20 balıqçı cərimələnib
Bu gün xüsusi karantin rejimini pozaraq Xəzər dənizinin Bibiheybət və Hövsan qəsəbələrini əhatə edən hissələrində balıq ovu ilə məşğul olan 20 həvəskar balıqçı aşkarlanıb. Onların hər biri barəsində Su Nəqliyyatında Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. 

Bu barədə xezerxeber.az-a Su Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər 8103 nömrəsinə SMS yazaraq mağazaya, aptekə getmək adı ilə evdən çıxıb və SMS icazə sistemindən sui-istifadə ediblər. Onlara bir daha belə hallara yol verməməsi barədə xəbərdarlıq edilib. İdarənin əməkdaşları həvəskar balıqçılara mayın 4-dək karantin rejiminin qaydalarına əməl etməyi də tövsiyə ediblər.

Xəbər lenti