Xəzər Xəbər

Siqaretdən passiv istifadəçilərdə beyinə qansızma riski 20-30 faiz təşkil edir

Cəmiyyət | 13:35 • 7 Mart 2020
Siqaretdən passiv istifadəçilərdə beyinə qansızma riski 20-30 faiz təşkil edir
Hər il kişilər arasında siqaretdən istifadə etməyənlərin (passiv istifadəçilərin) 7,6 faizi, qadınların isə 4,7 faizi başqalarının bu məhsuldan istifadə edərkən məruz qaldıqları zərərli təsirləri nəticəsində ağciyərlərində xərçəng xəstəliyi əmələ gətirərək onların ölümünə səbəb olur. 


Xezerxeber.az xəbər verir ki, Almaniyanın Max-Plank Kimya Elmi-Tədqiqat İnstitutu siqaretin passiv istifadəçiləri ilə bağlı araşdırma aparıb və araşdırma əsasında bir sıra maraqlı nəticələr barədə məlumat yayıb. Tədqiqatçılar kinozallarda havanın çirklənmə dərəcəsini və onun insan sağlamlığına mümkün təsirlərini araşdıraraq müəyyən edib ki, siqaret çəkməyən insanlar bu şəraitdə əks vərdişlərə sahib insanlarla bir yerdə kino izləyərkən ortalama on gilə siqaret çəkmiş olurlar. Bu da passiv siqaret istifadəçilərində xərçəng, beyinə qansızma və infarkt kimi risklərin artmasına səbəb olur. Passiv istifadəçilərə siqaret çəkilən otaqda olmamaq və eyni zamanda, siqaretdən istifadə edilərkən istifadəçilərlə yaxın məsafədə durmamaq məsləhət görülür.


Dünya Səhiyyə Təşkilatının məlumatına görə hər il 120 min insan siqaretdən istifadə etdiyi üçün vaxtından əvvəl dünyasını dəyişir. Ümumilikdə siqaret 90 toksin və xərçəng yaradan maddələri özündə cəmləşdirir ki, passiv istifadəçilər də qeyd edilən zərərli maddələrin təsirlərinə məruz qalırlar. Bununla yanaşı siqaretdən passiv istifadəçilərdə beyinə qansızma riski 20-30 faiz təşkil edir.

Xəbər lenti

Çox oxunanlar