Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 20-30 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 30-90 faizini təşkil edir.
Noyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 59 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 165 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir.
Noyabrın 15-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 44 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 80,0 m3/s təşkil etməklə ongünlük normanın 94 faizini təşkil edir.
Noyabrın 15-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 63 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 72 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 91 m3/s təşkil etməklə ongünlük normanın 103 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 133 sm təşkil edib. Bu rəqəm 2018-ci il noyabrın 15-də isə 231 sm olub. Salyan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 59 sm qeydə alınıb. 2018-ci il noyabrın 15-də isə bu rəqəm 197 sm təşkil edib. Bankədə suyun səviyyəsi 8 sm artaraq 147 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 197 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 35 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il noyabrın 15-də isə 98 sm təşkil edib.Lakin Surra məntəqəsində isə suyun səviyyəsi 1 sm azalaraq 314 sm təşkil edib, lakin 2018-ci il noyabrın 15-də 374 sm qeydə alınıb.