Azərbaycanda nəqliyyat vasitələrinin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülməyəcək.
Bunu APA-ya Baş Dövlət Yol Polisi (BDYP) İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
DYP rəsmisi bildirib ki, hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişikliklərin edilməsi məsələsi aidiyyəti qurumlarda baxılma ərəfəsindədir: "Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə nəqliyyat vasitələrinin, avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri barəsində hazırda inzibati tənbeh görülmür".