Xəzər Xəbər

Bu il 259 azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanıb

Cəmiyyət | 09:35 • 16 Noyabr 2019
Bu il 259 azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanıb

2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təhsili Macarıstan, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Latviya, Rumıniya və Qazaxıstan Respublikası üzrə ayrılmış təqaüd yerlərinə əsasən həyata keçirilib.


Təhsil Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, cari tədris ili üzrə Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Xəbər lenti

Çox oxunanlar