Xəzər Xəbər

İlancanma ilə əlaqədar 35 müraciət daxil olub

Cəmiyyət | 16:16 • 13 İyun 2019
İlancanma ilə əlaqədar 35 müraciət daxil olub

Aprel ayından etibarən tibb müəssisələrinə ilansancma halları ilə əlaqədar 35 müraciət daxil olub.


AZƏRTAC xəbər verir ki, bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib. Zərərçəkənlərin hamısı müayinə edilib, onlara zəhərə qarşı zərdab vurulub.


May ayında ilansancma ilə əlaqədar tibbi yardıma gətirilənlər arasında iki azyaşlı uşaq da olub.


Hazırda şöbədə ilansancmadan əziyyət çəkən 4 xəstə müalicə alır. Onlardan birinin vəziyyəti ağır, qalanlarının orta ağırdır. Ən çox ilancancma halları Şirvanda, Yevlax, Bərdə, Tovuz və Şəmkir rayonlarında qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar