Bakının Nizami rayonu, Qara Qarayev prospektində dayanma və durma nişanlarının quraşdırılması ərazidəki tıxacları aradan qaldırıb.
Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, Q.Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzi və "8-ci kilometr" bazarının qarşısından keçən hissədə avtomobillərin dayanma, durma qaydalarına riayət etməsilə bağlı tədbirlər görülür. Görülən tədbirlər nəticəsində ərazidə tıxac yaranmır, avtomobillərin normal hərəkəti təmin edilib.