Xəzər Xəbər

Sərnişinlərə ŞAD XƏBƏR - Metroda kondisionerli qatarların sayı artır

Cəmiyyət | 15:31 • 12 İyun 2019
Sərnişinlərə ŞAD XƏBƏR -

Bakı Metropoliteninə yeni qatarların gətirilməsi prosesi davam edir

"Bakı Metropoliteni"də ümumilikdə 57 qatar var, onlardan yalnız beşi kondisionerlidir. Ötən gün depoya daxil olan daha iki qatar xəttə buraxıldıqdan sonra isə kondisionerli qatarların sayı 7 olacaq". Sputnik Azərbaycan-a açıqlamasında bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O, bildirib ki, ilin sonunadək xətdə olacaq kondisionerli qatarların sayı ümumilikdə 11 olacaq: "Yəni köhnə adlandırdığımız 81-714/717 tipli qatarlar 31 illik istismar müddətini başa vurur. Bundan sonra daha 4 belə qatar xətdən çıxarılacaq və onlar yeniləri ilə əvəz ediləcək".

B.Məmmədov qatarların hərəkətinin yay rejiminə uyğunlaşdırılması ilə bağlı da danışıb: "Bu ayın sonunadək qatarların yay vaxtına keçidi ilə bağlı məlumat veriləcək. Artıq bu istiqamətdə işlər görülür".

Xəbər lenti

Çox oxunanlar