Xəzər Xəbər

16 çimərlikdə təcili tibbi yardım briqadaları xidmət göstərəcək

Cəmiyyət | 16:09 • 11 İyun 2019
16 çimərlikdə təcili tibbi yardım briqadaları xidmət göstərəcək

"İyunun 15-dən etibarən çimərlik mövsümü ilə əlaqədar təcili tibbi yardım briqadaları Bakının 16 çimərliyində vətəndaşlara xidmət göstərəcək”.


Bunu APA-ya açıqlamasında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) baş həkimi Rauf Nağıyev deyib.


O bildirib ki, bununla bağlı müvafiq əmr imzalanıb.


Baş həkim qeyd edib ki, təcili tibbi yardım briqadaları saat 09:00-dan 20:00-a qədər çimərliklərdə növbə çəkəcək.


Xatırladaq ki, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri Türkan, Hövsan və Şıx çimərliklərinin istifadəyə yararsız olduğunu açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar