"Bakı Metropoliteni”nin "Xətai” stansiyası avqust ayında açılacaq.
XəzərXəbər xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.
O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:
"Biz çalışırıq ki, "Xətai” stansiyasını sərnişinlərin istifadəsinəmümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.
H.Məmmədov qeyd edib ki, "B3” stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.