Xəzər Xəbər

Şəkər, təzyiq və piylənmədən əziyyət çəkirsinizsə...

Cəmiyyət | 14:48 • 10 İyun 2019
Şəkər, təzyiq və piylənmədən əziyyət çəkirsinizsə...

Əgər yuxu rejimi mütəmadi olaraq pozulursa, bu, xəstəliyə yoluxma riskini 27 faiz artırır

Şəkər, təzyiq və piylənmənin ümumi səbəbi müəyyən edilib.Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki,təzyiq, şəkər, piylənmə və qandakı şəkər səviyyəsinin artım riskini azaltmağa düzgün yuxu qrafiki kömək edə bilər. Bu qərara Britaniya alimləri gəlib.

Alimlər qeyd edir ki, nizamsız yuxu maddələr mübadiləsini pozur və depressiyaya gətirib çıxarır.O sirkad ritmlərini pozur və bədənin insulin istehsal etməsini azaldır. Bu da öz növbəsində ciddi sağlamlıq probleminə səbəb olur.

İnsan yetərli qədər, ancaq müxtəlif saatlarda yatsa belə, təzyiq, şəkər və piylənmə özünü göstərə bilər.Bu 45-84 yaşlı 2000-dən çox qadın və kişilərin yuxusu araşdırlarkən müəyyən edilib.

Əgər yuxu rejimi mütəmadi olaraq pozulursa, bu, xəstəliyə yoluxma riskini 27 faiz artırır.Daha əvvəl isə amerikalı alimlər sağlamlığı qorumaq və çox yaşamaq üçün nə qədər istirahət etməyin vacib olduğunu müəyyən etmişdi.Belə ki, orqanzim il ərzində 3 həftədən az olmayaraq istirahət etməlidir.

Xəbər lenti

Çox oxunanlar