Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, iyunun 8-nə olan məlumata görə, ümumilikdə 597 nəfər (Azərbaycan bölməsi üzrə 521, rus bölməsi üzrə 76 ) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.
Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.