Xəzər Xəbər

91 nəfər dərmandan, 57 nəfər alkoqollu içkidən zəhərlənib

Cəmiyyət | 15:06 • 7 İyun 2019
91 nəfər dərmandan, 57 nəfər alkoqollu içkidən zəhərlənib

Azərbaycanda yanvar ayından indiyədək 91 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.


Bunu Trend-ə KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.


Onun sözlərinə görə, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.


A.Maqsudov qeyd edib ki, bu il ərzində 57 nəfər alkoqollu içkidən zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib.


Bu il ərzində 64 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə KTM-ə müraciət edib.


Ümumilikdə bu ilin aprel ayında 6, may ayında 16 nəfər ilan zəhərlənməsi, apreldə 14 nəfər, mayda 21 nəfər dərman zəhərlənməsi, apreldə 12 nəfər, mayda 17 nəfər dərmanların əlavə təsirləri, apreldə 16 nəfər, mayda 6 nəfər dəm qazı, mayda 3 nəfər qərəb, 1 nəfər qara qurddan (apreldə qeydə alınmayıb), apreldə 3 nəfər, mayda 4 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Bu il ərzində zəhərlənməyə məruz qalaraq xəstəxanaya yerləşdirilənlər arasında ölüm halı baş verməyib.

Xəbər lenti

Çox oxunanlar