Xəzər Xəbər

Yumurtanın insan orqanizminə möcüzəvi təsiri

Cəmiyyət | 15:38 • 9 May 2019
Yumurtanın insan orqanizminə möcüzəvi təsiri

Yumurtanın faydalı olmasını heç kim inkar etməz. Amma konkret nəyə xeyri olduğunu da bilməliyik.

"Clinical Nutrition” nəşri yumurtanın faydası barədə araşdırma dərc edib. Burada bildirilir ki, yumurtanın daha çox gözlərə xeyri var. Makulyar degenerasiyadan – daha çox 50 yaşdan sonra rast gəlinən görmə qabiliyyətinin itirilməsindən qoruyur.

Araşdırmanı avstraliyalı elm adamları aparıb. Onlar 15 il ərzində 3654 adamın səhhətini müşahidə ediblər. Məlum olub ki, gündə 2-4 yumurta yeyənlərin 49 faizində makulyar degenerasiya yoxdur. Mütəxəssislər bunu yumurtanın tərkibindəki karotonoidlərlə əlaqələndirir.

Lyutein və zaeksantin gözün ümumi tərkibinin 70 faizini təşkil edir. Yumurta da belə kartonoidlərlə zəngindir./Bizimyol.info

Xəbər lenti