Ramazan ayında təxminən 17 saat davam edəcək aclığa dözmək üçün imsakda qidalanma qaydalarına əməl etmək mütləqdir.
Türkiyəli dietoloq Eda Ağıllı Akın Ramazanda 36 saat tox saxlayan qidanı açıqlayıb.
Mütəxəssis bildirib ki, xüsusilə bu dövrdə yanlış qidalanma vərdişləri nəticəsində təzyiq problemləri, qanda şəkərin səviyyəsi aşağı düşə və həzm sistemi problemləri yarana bilər.
İsti hava şəraiti aclıq və susuzluq hissini gücləndirdiyi üçün gün ərzində orqanizmin dözümlüyünü artırmaq üçün aşağıdakı qaydalara əməl etməyə dəyər.
İmsakda bərəkət var deyirlər. Odur ki, bu sözə laqeyd yanaşmaq olmaz. İmsakda gün ərzində enerji ehtiyatını təmin edən və uzun müddət tox saxlayan faydalı qidalara üstünlük verin. Yüksək sellülozlu, qlisemik indeksi aşağı və keyfiyyətli zülallarla zəngin qidalar uzun müddət toxluq hissi verir.
Eda Ağıllı Akın imsakda 1 ədəd yumurta, 2 xörək qaşığı yulaf əzməsi, 70 qram kəsmik, pendir, 1 çay qaşığı zeytun yağı və 50 qram göbələkdən omlet hazırlayıb yeməyi tövsiyə edib. O bildirib ki, yumurta 36 saat toxluq hissi verən yeganə qidadır. Mütəxəssis imksada yumurtanı pendirlə birlikdə yeməyi məsləhət görüb./publika.az