Xəzər Xəbər

ETSN ağacları qorumaq üçün MMC rəhbərinə məcburi göstəriş verib

Cəmiyyət | 11:26 • 8 May 2019
ETSN ağacları qorumaq üçün MMC rəhbərinə məcburi göstəriş verib

Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazinin hasara alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə "Təbriz Center” MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8 ağacın tikinti altına düşmədiyi müəyyən olunub. Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onların qorunub saxlanılması məqsədilə "Təbriz Center” MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi olan "məcburi göstəriş” verilib.

Xəbər lenti