Bu haqda "Philosophical Transactions oftheRoyal Society B” jurnalında yazılıb. Hələ ötən əsrdə Asiyada "Pseudocercospora fijiensis” göbələyi aşkar olunmuşdu. Bu, banan bitkilərinə zərər verir, yarpaqları sıradan çıxarır, qurudur. Bu günə qədər xəstəlik Latın Amerikasında banan məhsulları yetişdirilən bütün bölgələri əhatə edə bilib.
Bu cür göbələk əsasən hava yolu ilə yayılır. Həyat dövrü daha çox temperaturdan və mikroiqlimdən asılı olur. Alimlərin araşdırması göstərir ki, rütubət və istilik səviyyəsinin yüksəlməsi "Pseudocercospora fijiensis”in inkişafına da münbit şərait yaradır. Konkret Latın Amerikasında bu riski 40 faiz artırıb./Bizimyol.info