Xəzər Xəbər

Bakıda ağac kəsintisi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib

Cəmiyyət | 11:27 • 7 May 2019
Bakıda ağac kəsintisi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib

Bakıda ağac kəsintisi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Xatırladaq ki, 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.

Xəbər lenti

Çox oxunanlar