Xəzər Xəbər

Azərbaycanda təhsil müəssiəsələrinin akkreditasiyadan keçirilməsinə görə rüsum tutulacaq

Cəmiyyət | 11:24 • 7 May 2019
Azərbaycanda təhsil müəssiəsələrinin akkreditasiyadan keçirilməsinə görə rüsum tutulacaq

Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulacaq dövlət rüsumunun dərəcələri müəyyənləşib.


Bununla bağlı "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər bu gün Milli Məclisin İqtisadiyyat syiasət, sənaye və sahibkarlıq komitəsinini iclasında müzakirəyə çıxarılıb.


Qanun layihəsinə əlavə edilən 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 15000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15000 manat dövlət rüsumu tutulacaq.


Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. (ONA)

Xəbər lenti