Paytaxtın Suraxanı rayonunda ağırçəkili şəxs xilasedicilərin köməyi ilə evdən çıxarılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib.