Xəzər Xəbər

Paytaxtda növbəti iməcilik keçirilib

Cəmiyyət | 12:53 • 6 May 2019
Paytaxtda növbəti iməcilik keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə paytaxtın Xətai rayonundakı Cavanşir küçəsi boyunca ərazidə növbəti iməcilik keçirilib.


İcra hakimiyyətindən xezerxeber.az-a bildiriblər ki, iməcilikdə hər iki qurumun əməkdaşları, təsərrüfat xidmətlərinin işçiləri, ümumilikdə 200 nəfərdən çox insan iştirak edib.


Bu ərazidə görünüşə xələl gətirən hasarlar və kortəbii qanunsuz tikililər sökülüb, ərazi yararsız tikinti materialları, daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.


İməcilikdə 1000-ə yaxın yeni ağac, əsas etibarı ilə Eldar şamı və digər ağaclar əkilib.


Xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən iməcilik, küçə boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.


Ay ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar