Sabah bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.
Bu barədə XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, dəyişiklik "Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədardır.
Belə ki, 1, 2, 4, 13, 21, 30, 32, 36, 38, 46, 49, 60, 62, 175, 184, H1 (Hava Limanı – "28 May” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.