Xəzər Xəbər

Bakıda ana oğlu və gəlini tərəfindən döyülüb

Cəmiyyət | 14:33 • 3 May 2019
Bakıda ana oğlu və gəlini tərəfindən döyülüb

Bakıda ana oğlu və gəlini tərəfindən döyülüb.


ONA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu Y.Əliyev küçəsində qeydə alınıb. 1957-ci il təvəllüdlü Məmmədova Minayə Ayıl qızı yaşadığı evin qarşısında döyülüb. Qadının oğlu - 1985-ci il təvəllüdlü Azər Məmmədov və gəlini, 1987-ci il təvəllüdlü Şəfəq Məmmədova tərəfindən döyüldüyü məlum olub.


Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti