Xəzər Xəbər

Nəyə görə aprel ayında saxta və keyfiyyətsiz yumurtalar çoxalır Ekspertdən xəbərdarlıq

Cəmiyyət | 13:23 • 2 May 2019
Nəyə görə aprel ayında saxta və keyfiyyətsiz yumurtalar çoxalır

Qida Təhlükəsizlik Agentliyinin məlumatına görə, bazarı saxta yumurta bürüyüb. Xarici yumurtalar yerli yumurta adı ilə satılır. Eyyub Hüseynovun bu mövzuda xəbərdarlıq edir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, 7 günə qədər olan yumurtalar diyetik yumurta adlanır və onların qiyməti adətən daha yüksək olur. 7 gündən sonra isə adi mətbəx yumurtası adlanır.

Mütəxəssis həm də aprel ayında saxta, keyfiyyətsiz, salmonellezə yoluxmuş yumurtaların çoxalma səbəbinə aydınlıq gətirib: "Aprel ayı broylerin inkubator mövsümüdür. Cücə əldə etmək istəyən fermerlər yumurtaları cücə çıxartması üçün inkubatorlara müraciət edirlər. 3 gündən sonra yumurtaların neçəsindən cücə çıxmayacağı bəlli olur. Bu müddətdən sonra cücə çıxarmaq üçün yararsız olan yumurtalar satışa buraxılır. Amma onlar artıq temperatura məruz qaldıqları üçün olduqca keyfiyyətsiz və təhlükəli olur”.

Məhz bu səbəbdən Eyyub Hüseynov bütün istehlakçıları diqqətli olmağa çağırıb./Sputnik Azərbaycan

Xəbər lenti

Çox oxunanlar