Xəzər Xəbər

İnsanı tez qocaldan 7 faktor – Allergiya, dieta, az təqaüd....

Cəmiyyət | 13:16 • 1 May 2019
İnsanı tez qocaldan 7 faktor

Elm və tibb hələ insan orqanizminin təbii qocalma amilinin qarşısını almaqda aciz olsa da, aparılan bir çox araşdırmalar bir çox insanlarda daha erkən qocalmanın səbəblərini aşkar etməyə çalışır. Maksimum gec qocalmaq üçün çalışmaq inşanın öz əlindədir. Lakin elə səbəblər var ki, istər-istəməz mənfi təsirini göstərməklə, insanı daxilən, zahirən qocaldır.


XəzərXəbər medicina.az-a istinadən bu 7 faktoru nəzərinizə çatdırır.


1.Siqaret və daimi stress


Uzun müddət siqaret çəkmək, tütün, xüsusən qadınlarda cəmi 5 ilin içərisində 10 il qocalma prosesini irəlilədərək, zahirən qocalıq əlamətlərini artırır. Alimlər son araşdırmalarla sübut edib ki, nəinki çəkənlər, həmçinin siqaret çəkənlərin 2-3 metr dianmetrində olan insanlar da nikotindən zəhərlənərək qocalmağa başlayır.


Yəni ailədə ər çox siqaret çəkirsə, onun arvadının cavan və gözəl qalması mümkün deyil.


2.Allergiya


Müasir tibbin hələ də qarışısında aciz qaldığı qlobal problemlərdən biri allergiya immun sistemin anomal aktivliyi, ətraf mühitdən allergenlərə reaksiyasıdır.

Daim ağır allergiyalardan əziyyət çəkənlər dermatit, bronxial astma kimi xəstəliklərə tutulurlar ki, bu da orqanizmi qocaldır. Allergen insanlar öz yaşıdlarından həmişə bir neçə yaş böyük görünür.


Selikli qişaların xroniki iltihabı, gözləri şişkinliyi, qızarması, dəridə qaşınma dərinin tündləşməsi, piqmentasiyasının pozulması, qırışların artmasına, gözlərin daha yaşlı görünməsinə səbəb olur.


Allergiyası olan insanlar daha gənc yaşlardan kosmetoloq müalicələrindən keçməlidir.


3.Yuxusuzluq


Sutkada 8 saatdan az yatan, xüsusən gecə yarıya kimi oyaq qalıb, səhərəyaxın yatanlar tez qocalır, ömrünü azaldır.

Eləcə də çox yatanlar, yataqda, divanda çox uzananlar da nəinki tez qocalır, həmçinin tez ölür.

Məsələn, 70-80 yaşında çanaq-bud sümüklərini yıxılaraq sındıran yaşlılar 1-2 il ərzində ölür. Səbəb isə çıxıq yox, həmin insanların hərəkətsiz uzanmasıdır.


4.Çəkinin artıb - azalması


Ömrünün çox hissəsində stabil çəkisi olmayanlar, kökəlib arıqlayanlar, ciddi pəhriz saxlayanlar daha tez qocalır. Xüsusən 50 yaşdan sonra insanda kifayət qədər yağ toxuması yoxdursa, o insan tez-tez xəstələnir, yaşıdlarından daha zərif görünür.


5.Təqaüdə çıxmaq və az pensiya


Ömür boyu çalışan, kollektiv mühitdə olan insanın birdən təqaüdə çıxarılması ağır psixoloji zərbədir. Bu, onun beyninə də mənfi təsir edir. Belə adamlar mütləq zehni və fiziki aktivliyini qorumalı, nə iləsə məşğul olmalıdırlar. Əks təqdirdə tez qocalıb, xəstəliklərlə mübarizə aparacaqlar.

Eləcə də çox qazanmağa meyilli insanlar az pensiya məbləğinə məcbur qalanda, onlar dərin depressiyaya düşür, 1 ilin içində zahirən çox qocalırlar.

6.Tənhalıq


Təklik, ətrafdan təcrid olunma ömrü qısaldır, insanı sürətlə qocaldır. Müəyyən yaşdan sonra yaşlı insanlar təkcə ailə ilə kifayətlənməyib, özlərinə qruplar, yaşıdlarından ibarət tanışlar tapmalı, maksimum cəmiyyətdə olmalıdırlar. Hətta xəstə yaşlı insanı belə, sakitlik yaxşıdır deyib tənhalığa təslim etmək olmaz.


7.Şəkər və şirniyyat


Ağ un, şəkər, çox mirdarda yüngül karbohidratlar qəbul edən insanlarda qocalma prosesi sürətlə gedir. Həmçinin müasir qidalanma piylənmə, şəkər xəstəliyi yaradır, yaşlandıqda isə artrit və artroz qaçılmaz olur. Ona görə gəncliyinizdə şirniyyat həvəskarı olsanız da, 35 yaşından sonra şirniyyatı, ağ unu, makaronu qidanızdan yavaş-yavaş çıxarın. Bu qanda qlükoza, insulinin miqdarını normadan saxlayacaq və sizi tez qocalmaqdan qoruyacaq.

Xəbər lenti

Çox oxunanlar