Xəzər Xəbər

Uşaqlarda bu xəstəliyə diaqnoz qoymaq çətindir NAZİRLİK

Cəmiyyət | 10:25 • 1 May 2019
Uşaqlarda bu xəstəliyə diaqnoz qoymaq çətindir

Dünya Səhiyyə Təşkilatının məlumatına görə astma dünyada ən yayılmış xroniki xəstəliklərdən biridir və ondan 300 milyon nəfərdən çox əziyyət çəkən var.

Səhiyyə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, bununla belə hər onillikdə onların sayı bir yarım dəfə artır.

"Astma istənilən yaşda yarana bilər. Uşaqlar bu xəstəliyə daha çox meyillidirlər. Xüsusilə 10 yaşına qədər olanlar arasında xəstəlik daha çox inkişaf edir. Üstəlik 2 yaşına qədər olan uşaqlar arasında digər xəstəliklər altında gizləndiyinə görə diaqnoz qoymaq çətin olur”.

Qeyd edək ki, 1 may Ümumdünya Astma ilə Mübarizə Günü qeyd olunur. Bu gün astma dedikdə müxtəlif mənşəli təngnəfəslik tutmaları başa düşülür. Lakin əsasən allergenlərin təsiri nəticəsində yaranan və tənəffüs yollarının xroniki iltihabi xəstəliyinə – çətin nəfəsalmaya və ya hətta təngnəfəsliyə, öskürəyə, sinədə xırıltıların yaranmasına səbəb olan bronxial astma nəzərdə tutulur. Xəstələr ağaclardan qopan tozcuğa, məişət tozuna, heyvan tükünə, bəzi qida və dərmanlara reaksiya verirlər.

Xəbər lenti

Çox oxunanlar