Yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta haqqında elektron protokol 1 gün müddətində elektron kabinetdə yerləşdiriləcək.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "ASAN ödəniş” sistemi haqqında Əsasnamə” dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.
Fərmana əsasən, yol hərəkəti qaydalarının pozulması ilə bağlı nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Qeyd edək ki, indiyə qədər bu müddət 1 ay olub.