Xəzər Xəbər

Sürüşmə zonasında uçqun prosesləri davam edir

Cəmiyyət | 09:54 • 24 Oktyabr 2018
Sürüşmə zonasında uçqun prosesləri davam edir

Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasında xırda uçqun prosesləri davam edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən,ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir.


Sürüşmə sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Xəbər lenti