"Xətai” stansiyasının
müvəqqəti təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə
edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə 30 və 49 nömrəli
müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti
dəyişiklik ediləcək.
Bakı Nəqliyyat Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, stansiya bağlanan gündən təmir işləri tam başa
çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı
prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə son dayanacaq
məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət
edəcək.