Mədə ağrıları ilə xəstəxanaya aparılan qadın gözlənilməz vəziyyətlə qarşılaşıb. Bağırsaında düz 10 il əvvəl udduğu məftil indi aşkar edilib.
Avstraliyada bənzəri görülməmiş bir hadisə baş verib. 30 yaşlı bir qadın dəhşətli mədə ağrısı ilə xəstəxanaya götürülüb. Xəstəxanada aparılan araşdırmalar nəticəsində qadının bədənində 10 il əvvəl udduğu bir məftil olduğu məlum olub.
Xəstəxanaya gətirilməzdən əvvəl qadının ürək döyüntüsü sürətlənib, qarın boşluunda dözülməz ağrılar yaranıb vardı. Aparılan laboratoriya və ultrasəs müayinələrindən sonra qadının qarnında nazik metal sim olduğu məlum olub.
İşin daha maraqlı tərəfi isə o olub ki, həmin məftil düz 10 ildir qadının bədənində imiş. Həkimlərin bildirdiyinə görə, 6 sm-dən bir az daha böyük olan bu metal cisim qadının illər əvvəl istifadə etdiyi diş məftilidir.
Qərbi Avstraliyadakı Sir Çarlz Qairdner xəstəxanasında çalışan həkimlərdən Talia Shepherdun məsələyə dair verdiyi bəyanatda "Bənzərsiz vəziyyətdir, çünki normalda belə bir şeyin uduıması çoxdan ortaya çıxmalıydı" deyib. Həkim ümumiyyətlə metal əşyaların insanları narahat etdiyinə görə asanlıqla fərq edildiyini bildirib. Bir qədər narahat olduqlarını bildirən həkim əməliyyatla bu metal cismi götürdüklərini bildirib.