Dövrümüzdə ən böyük problemlərdən biri də artıq çəki problemidir. İnsanların bir qismi artıq çəkidən əziyyət çəksə də bu bəladan xilas ola bilmir.
İnsanları kökəldən və arıqlamasının qarşısını alan əsas nüanslardan biri də maddələr mübadiləsinin zəif olmasıdır.
XəzərXəbər maddələr mübadiləsinin gücləndirməyin yollarını təqdim edir.
• Gün ərzində qəbul etdiyiniz qidaların 50%-i səhər, 30%-i günorta, 20%-i isə axşam yeməyinə saxlayın. Gün ərzində yeyəcəyiniz yeməyin 50%-i səhər yeməklə gün boyu yediyiniz yeməyi axşama qədər rahatlıqla həzm edəcəksiniz.
• Hər yeməkdə balıq, ət, qiymə və ya paxlalılar sinfinə daxil olan qidaları qəbul etməyiniz məsləhətdir. Bu qidaların tərkibi proteinlə zəngindir. İnsan bədəni proteini həzm etmək üçün daha çox çalışır, çox çalışdığı halda da daha çox enerji itirir.
• Günə bir ədəd qaynadılmış yumurta yeyərək başlayın. Yumurta sizi gün ərzində daha tox saxlayacaq. Buna görə də maddələr mübadiləsi bədəninizdə daha yaxşı gedər.
• Gün ərzində 3 stəkan süd və ya qatıq yeməyə çalışın. Süd və süd məhsullarının tərkibindəki kalsium maddələr mübadiləsini gücləndirər.
• Gün ərzində 10 stəkan su içməyə çalışın. Əgər boğaz və mədə xəstəlikləriniz yoxdursa, soyuq su içməyiniz məsləhətdir. Çünki bədən soyuq suyu isitməyə çalışacaq. Beləliklə maddələr mübadiləsi güclənə bilər.
• Maddələr mübadiləsini gücləndirən əsas vitamin C vitaminidir. Buna görə də C vitamini ilə bol olan qidaların qəbuluna üstünlük vermək məsləhətdir.
• Qara çay yaşıl çayla əvəz edin./AzNews.az