Xəzər Xəbər

Ağız qoxusundan bezənlər oxusun Çarəsi budur

Cəmiyyət | 14:21 • 10 Sentyabr 2018
Ağız qoxusundan bezənlər oxusun

Ağız qoxusu insanın həm özünü, həm də ətrafdakıları narahat edir. Ağız qoxusunun yaranmasının səbəbi tək yeyib-içdiyimiz qidalar deyil, həm də bəzi xəstəliklərin əlamətlərindən biridir.

XəzərXəbər diş həkimlərinin ağız qoxusundan qurtulmaq üçün tövsiyələrini təqdim edir.

Dişlərinizi qoruyun

Diş çürüməsi və diş əti iltihabı ağız qoxusunu yaradan əsas amillərdən biridir. Ağızdaki infeksiya bakteriyaların yaranmasına səbəb olur, belə olduğu halda ağızda xoşagəlməz qoxu yaranır. Buna görə də diş sağlamlığı və təmizliyinə önəm vermək lazımdır. Gün ərzində 2 dəfə dişlərinizi fırçalamaq və ildə iki dəfə diş həkiminin müayinəsindən keçmək vacibdir.

Daha çox su için

Özəlliklə yaş artdıqca bədəndəki qurumanın qarşısını almaq üçün çoxlu su içmək lazımdır. Çoxlu su içməyin başqa faydaları ilə yanaşı, həm də ağız qoxusunu önləmək kimi faydası var.

Loxmalarınızı yaxşı çeynəyin

Loxmaların yaxşı çeynənməsi ağızda yemək qırıntısının az qalmasına səbəb olur. Çox çeynəmə zamanı ağızdakı bakteriyaların böyük qismi mədəyə ötürülür.

Darçın qəbul edin

Yemək və içəcəklərdə darçın qəbul etmək ağız qoxusunun qarşısını almaq üçün effektiv vasitələrdən biridir. Əgər varınızdırsa şəkərsiz, darçınlı saqqız çeynəmək də mümkündür.

Diş ipindən istifadə edin

Diş ipi vasitəsilə fırçanın çata bilmədiyi yerlərə çatmaq mümkündür. Özəlliklər diş köklərindəki sıx yerlərdə yemək qırıntıları qaldığı zaman ağızda xoşa gəlməz qoxu yaranır.

Siqaret çəkməyin

Siqaret çəkmək ağız quruluğunun yaranmasına səbəb olur. İkinci ağız qoxusuna yol açan səbəb isə diş əti problemidir ki, siqaret diş əti problemlərinə səbəb olur./AzNews.az

Xəbər lenti

Çox oxunanlar