Növbəti həftədən etibarən "Bakı Metropoliteni" QSC qış rejiminə keçəcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda iş qrafiklərinin dəyişdirilməsi itiqamətində yekun işlər görülür: "Hazırda səhər saat 7-dən axşam saat 9-a qədər qatarlar arasındakı interval 2,5 dəqiqədir. Qış rejimində yeni qrafiklə qatarlar arasındakı interval pik saatlar üçün 2 dəqiqəyə endiriləcək. Daha sonra isə 2,5 və daha çox. Axşam saatlarından sonra 3 dəqiqəyə qədər interval olacaq. Bununla da bir stansiyadan saat ərzində keçən qatarların sayı 30 cütə çatdırılacaq".
B.Məmmədov metronun "Xətai" stansiyasının təmirə bağlanması ilə bağlı da son işlərin görüldüyünü diqqətə çatdırıb: "Yaxın zamanlarda tam dəqiq tarix ictimaiyyətə elan olunacaq".