Xəzər Xəbər

Astarada bələdiyyəyə məxsus ərazidə ağaclar məhv edilib

Cəmiyyət | 10:22 • 10 Sentyabr 2018
Astarada bələdiyyəyə məxsus ərazidə ağaclar məhv edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, reyd zamanı Astara rayonu Şüvi bələdiyyəsinə məxsus ərazidə yaşköküstə 14 müxtəlifcinsli ağacın kəsildiyi və təbiətə 2110 manat məbləğində ziyan dəydiyi məlum olub.


Araşdırma zamanı ağacların Astara rayon sakini Cavanşir Məmmədov tərəfindən kəsildiyi müəyyənləşib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.


Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Astara Rayon Prokurorluğuna göndərilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar