Gözəlliyinizi qorumaq üçün bahalı kremlərə qaçmaq lazım deyil. Elə soyuducunuzdakı məhsullar da işə yarayar.
Məsələn elə pomidor. Bu nemətin qan-damar sistemi üçün faydalı olduğunu bilirdik. Amma daha bir faydası dərinin dostu olmasıdır.
Publika.az xəbər verir ki, pomidoru püre halında üzə sürtəndə dərinin rəngini açır. Günəş ləkələrini soldurur.
Daha bir faydası isə pilinq funksiyasıdır. Amma bunun üçün şəkər tozu da lazımdır.
Pomidoru yarı bölüb şəkər tozu olan qaba batırın. Sonra incə hərəkətlərlə üzünüzü masaj edin. On dəqiqə saxlayıb soyuq suyla yuyun. Beləcə dəriniz həm ölü hüceyrələrdən təmizlənəcək, həm də hamar və parlaq olacaq./publika.az