Xəzər Xəbər

Çaydanı təmizləməyin qızıl qaydası - Bildiklərimiz səhv imiş

Cəmiyyət | 11:06 • 9 Sentyabr 2018
Çaydanı təmizləməyin qızıl qaydası - Bildiklərimiz səhv imiş

Çaydan çox tez-tez istifadə edildiyi üçün, mətbəximizdə ən çox çirklənən əşyalarından biridir. Daim göz önündə olması isə xanımların çaydan təmizliyinə daha çox diqqət göstərmələrinə səbəb olur. Çaydan təmizliyi üçün marketlərdən satılan hazır məhlullar alırıq. Ancaq bu məhsullar olduqca təsirli olsalar da, kimyəvi xüsusiyyətləri var, bu isə sağlığımız üçün təhlükə yaradır.

XəzərXəbər çaydanın ən təbii və asan üsullarla təmizləməyin qaydalarını təqdim edir.

Sirkə ilə çaydan təmizliyi

1 stəkan alma sirkəsini çaydanın içərisinə töküb 15 - 20 dəqiqə qaynadın. Daha sonra çaydanı bol su ilə yuyun. Bu üsul sayəsində çaydanı içindəki ərpdən təmizləyəcəksiniz.

Yumurta və kartof qabığı ilə çaydan təmizliyi

Çaydanın içinə 1-2 stəkan su əlavə edin və içinə yumurta qabığı ilə kartof qabığı əlavə edib yaxşıca qaynadın. Daha sonra yaxşıca yuyun bütün ərpin təmizləndiyini görəcəksiniz.

Çaydanı parıldatmaq üçün

Çaydanı parıldatmaq üçün isə sirkə dolu bir qabın içərisinə yerləşdirin və bir gecə gözlədin. Sonra qabın içərisinə bir xörək qaşığı soda əlavə edib bir az daha gözlədin. Daha sonra qab süngəri ilə təmizləyin. Proses bitəndən sonra çaydan ilk günkü kimi parlaq olacaq./publika.az

Xəbər lenti

Çox oxunanlar