Bakı şəhərində
avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi
ilə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən
Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsinədək olan istiqamətində üfiqi
nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, işlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən
sözügedən hissədə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları,
müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri
xahiş olunur.